Bank Of Baku

AMİP Siyasi Şurasının növbəti toplantısı keçirilib

AMİP Siyasi Şurasının növbəti toplantısı keçirilib
# 02 noyabr 2011 16:29 (UTC +04:00)
Bakı-APA. AMİP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədəki mövcud durum, Azərbaycanla Türkiyə arasında bağlanmış qaz sazişi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, İranın Azərbaycana yönəlik təhdidləri, Qırğızıstanda keçirilən prezident seçkiləri və digər məsələlər müzakirə edilib.

Siyasi Şura Azərbaycanla Türkiyə arasında bağlanan qaz sazişini həm iki qardaş ölkə arasında ələqələrin dərinləşməsi, həm də Azərbaycanın iqtisadi asılılığının aradan qaldırılması baxımından əhəmiyyətli hesab edib.

Azərbaycanın BMT Təhlükəsizilik Şurasına qeyri-daimi üzv seçilməsini mühüm hadisə kimi dəyərləndirən Siyasi Şura yaranmış fürsətdən Dağlıq Qarabağ probleminin çözülməsi üçün hakimiyyətin yürütdüyü xarici siyasətdə bunu diqqətə alacağına ümidvar olduğunu bildirib.

Son zamanlar İranın Azərbaycana qarşı təhdid doğuran hərəkətlərini və yüksək rütbəlı iranlı dövlət məmurlarının hədələyici bəyanatlarını qəbuledilməz sayan AMİP Siyasi Şurası bunu beynəlxalq hüquq normalarına hörmətsizlik saymaqla yanaşı, iki qonşu dövlət arasında münasibətlərin normallaşdırılmasının vacibliyi qənaətinə gəlib.

Siyasi Şuranın toplantısında, həmçinin, Qırğızistanda keçirilən prezident seçkilərinə də toxunularaq bu seçkilərin demokratik və şəffaf keçirilməsi baxımından post-sovet məkanında daha bir örnək kimi dəyərləndirilib və AMİP adından qırğız xalqına bu münasibətlə təbrik məktubu göndərilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR