Bank Of Baku

Neft dağılmaları ilə bağlı qanun layihəsi parlamentə təqdim olunacaq

Neft dağılmaları ilə bağlı qanun layihəsi parlamentə təqdim olunacaq
# 03 noyabr 2011 07:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Neft dağılmaları ilə bağlı qanun layihəsi hazırlanıb və yaxın vaxtlarda parlamentə təqdim olunacaq.

APA-nın məlumatına görə, bu barədə ATƏT və Fövqəladə Hallar Nazirliyinin “Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər” mövzusunda birgə təşkil etdiyi seminarda fövqəladə hallar nazirinin birinci müavini Rafael Mirzəyev bildirib.

Onun sözlərinə görə, bu qanun layihəsində məsuliyyət daşıyan qurumların bölgüsü yer alacaq. Rafael Mirzəyev FHN-də neft dağılmalarına qarşı mübarizə aparmaq üçün müvafiq ixtisaslaşmış qurumun olduğunu qeyd edib: “Fövqəladə Hallar Nazirliyi sovet dövründən qalmış texnikanı yeniləməklə bu sahədə təhlükələrin qarşısının qısa müddətdə alınmasına nail olmaq istiqamətində çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR