Bank Of Baku

Türkiyənin ədliyyə naziri Azərbaycan Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Türkiyənin ədliyyə naziri Azərbaycan Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
# 03 noyabr 2011 08:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Sadullah Erginin rəhbərlik etdiyi nümayəndə heyəti Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüşüb. Məhkəmədən APA-ya verilən xəbərə görə, görüşdə çıxış edən F. Abdullayev Vanda baş verən zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyə xalqına başsağlığı diləklərini çatdırıb. Demokratik cəmiyyətlərdə Konstitusiya məhkəmələrinin rolunu qeyd edən sədr Azərbaycanda 1998-ci ildə yaradılan Konstitusiya Məhkəməsinin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib. F. Abdullayev hər iki ölkənin Konstitusiya nəzarəti orqanları arasında möhkəm əlaqələrin olduğunu vurğulayıb, əməkdaşlıq haqqında memorandumun imzalandığını bildirib.
S. Ergin isə Vandakı təbii fəlakət zamanı ilk yardımın Azərbaycandan gəlməsinin əlaqələrin möhkəmliyindən xəbər verdiyini söyləyib. O, F. Abdullayevi Türkiyəyə səfərə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR