Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri: “Azərbaycanda iqtidar və müxalifətdən dialoq təşəbbüsü yoxdur”

ATƏT-in Bakı ofisinin rəhbəri: “Azərbaycanda iqtidar və müxalifətdən dialoq təşəbbüsü yoxdur”
# 03 noyabr 2011 08:58 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib.

Bakı ofisinin Azərbaycanda iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə bağlı hazırda hər hansı fəaliyyətinin olmadığını deyən K. Tarqayın sözlərinə görə, bu proses tərəflərin təşəbbüsü ilə baş tutmalıdır: “Biz sadəcə, xoş niyyət naminə vasitəçilik edə bilərik. İqtidar-müxalifət dialoqu ilə bağlı dəyirmi masa keçirmək istəyimiz var. Məqsədimiz bu dialoqa zəmin hazırlamaqdır. Tərəflərdən hər hansı təşəbbüs olarsa, imkanlarımızı səfərbər edə bilərik. Lakin bununla bağlı hələlik elə bir təşəbbüs yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR