Bank Of Baku

Arzuxan Əlizadə: “AMİP müxalifətin daha geniş miqyasda inteqrasiyasının, açıq qapı siyasətinin tərəfdarıdır”

Arzuxan Əlizadə: “AMİP müxalifətin daha geniş miqyasda inteqrasiyasının, açıq qapı siyasətinin tərəfdarıdır”
# 03 noyabr 2011 11:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə beş partiyanın liderləri arasında aparılan müzakirələrdə müxalifətin inteqrasiyası istiqamətində perspektiv görmədiyimiz üçün bu müzakirələrdə iştirak etmədik”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə deyib. A. Əlizadə bildirib ki, AMİP Klassik Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Ümid və Demokrat partiyalarının iştirakı ilə aparılan ilk müzakirələrə qatılıb: “Məqsədimiz bu məsləhətləşmələr vasitəsilə müxalifətin daha geniş miqyaslı birliyinə nail olmaq idi. Həmin təşəbbüs cəmiyyətdə İctimai Palataya alternativ kimi də təqdim olundu. Biz bu təqdimatın əleyhinə idik. Hazırkı dönümdə müxalifətin bir cəbhədən çıxış etməsinə zərurət var. Həmin tərkibdə bir qurumun formalaşmasında AMİP maraqlı deyil. Müxalifətin birliklə bağlı ortaq məxrəcə gələ bilməməsinin səbəblərindən ən önəmlisi siyasi təşkilatların şəxsi ambisiyalarıdır”.

A. Əlizadə AMİP-in İP-də yenidən təmsilçiliyi məsələsinə də toxunub: “İctimai Palatada təmsil olunan üzvlərimiz tərəfindən AMİP-in bu qurumda yenidən təmsil olunması ilə bağlı təkliflər irəli sürülür. Amma son zamanlar bu təkliflər intensiv şəkildə səsləndirilmir. Partiyanın İctimai Palatada fəaliyyətinin davam etdirməsi haqda təkliflər o zaman reallaşa bilər ki, AMİP-in həmin təşkilatda fəaliyyətini dayandırması ilə bağlı verdiyi bəyanatda səslənən iradlar öz həllini tapmış olsun. Təəssüf ki, hələ bu məsələ öz həllini tapmayıb”.

Baş katib qeyd edib ki, AMİP müxalifətin daha geniş miqyasda inteqrasiyasının, açıq qapı siyasətinin yürüdülməsinin tərəfdarıdır: “Bu problemlər hələ də öz həllini tapmayıb. Müxalifət partiyaları arasında ziddiyyətlər var. Hələlik məsələ gündəmdə deyil, amma istisna da deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR