Bank Of Baku

AMİP Qadınlar Təşkilatının sədri dəyişib

AMİP Qadınlar Təşkilatının sədri dəyişib
# 03 noyabr 2011 14:51 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. AMİP Qadınlar Təşkilatının Konfransı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, konfransda təşkilatı məsələyə baxılıb və qurumun fəaliyyət proqramı təsdiqlənib.

Səsvermənin nəticələrinə görə Aminə Vəliyeva AMİP Qadınlar Təşkilatının yeni sədri seçilib. Nigar Əlicanlı təşkilat, Nüşabə Bədəlzadə ictimaiyyətlə əlaqələr, Sənubər İsayeva ideologiya, Suğra Nəcəfova isə beynəlxalq məsələlər üzrə müavin postlarına təyinat alıblar.

Konfransın sonunda bəyanat qəbul olunub. Bəyanatda Azərbaycan qadınlarına ictimai-siyasi proseslərdə daha fəal iştirak etməyə, demokratik və hüquqi cəmiyyətin qurulması uğrunda gedən mübarizədə bir qədər də aktiv olmağa çağırış əksini tapıb.

Eyni zamanda hakimiyyətdən siyasi məhbusların tezliklə azadlığa buraxılması tələbi qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR