Bank Of Baku

Bahar Muradova: “İctimai Palatanın prezident İlham Əliyevə prezidentliyə namizədliyini irəli sürməməsi ilə bağlı müraciəti etikadan kənardır”

Bahar Muradova: “İctimai Palatanın prezident İlham Əliyevə prezidentliyə namizədliyini irəli sürməməsi ilə bağlı müraciəti etikadan kənardır”
# 04 noyabr 2011 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Dövlət başçısı İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində iştirak etmək məsələsi onun öz hüququdur. İctimai Palata adlı bir təşkilatın prezident İlham Əliyevə seçkilərdə növbəti dəfə namizədliyinin irəli sürməməsi ilə bağlı ünvanladığı müraciət ən azı etikadan kənardır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B. Muradovanın sözlərinə görə, bu hüquqdan istifadə edib-etməməyə prezident İlham Əliyev özü qərar verə bilər. “Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın da, əhalinin ən müxtəlif qruplarının da istənilən şəxsin namizədliyini irəli sürə bilmək hüququ qanunla təsbit olunub. Ona görə bu hüquqdan Azərbaycan xalqı, YAP da istifadə edərək öz qərarını verəcək” - deyə, B. Muradova vurğulayıb.

B. Muradova bildirib ki, bəzi müxalif qrupların verdiyi bu cür bəyanatların hansısa qərarların qəbuluna təsir edəcəyini düşünmür.

Vitse-spiker İctimai Palatanın 2009-cu ildə keçirilən referendumun antikonstitusiya xarakterli olduğu fikrinə də münasibət bildirib: “Onlar üçün hansı məsələ maraqlıdırsa, onu da irəli çəkirlər. Belə olan halda eyni referendumda qəbul olunan “Eks-prezidentlər haqqında” qanuna niyə etiraz etmirlər və müraciətlərində yalnız prezidentlik dövrü ilə bağlı məsələni qeyd edirlər? Belə bəyanatlar proseslərə təsir etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR