Bank Of Baku

QAT Qadınlar Şurasının təşəbbüsü ilə “Hərbi vətənpərvərlik tərbiyəsində qadınların rolu” mövzusunda Forum keçirilib

QAT Qadınlar Şurasının təşəbbüsü ilə “Hərbi vətənpərvərlik tərbiyəsində qadınların rolu” mövzusunda Forum keçirilib
# 04 noyabr 2011 11:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkiları Qadınlar Şurasının təşəbbüsü ilə “Hərbi vətənpərvərlik tərbiyəsində qadınların rolu” mövzusunda Forum keçirilib.

APA-nın məlumatına görə, Qadınlar Şuranın sədri Fəridə Əsgərova Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətin apardığı siyasət və mövcud vəziyyət haqda danışıb. Tədbirdə çıxış edən natiqlər isə Azərbaycan ərazilərinin azad edilməsi üçün hərbi yolun labüdlüyünü vurğulayıblar.

Forumun qətnaməsində isə ərazilərin bu müddət ərzində Ermənistan işğalında qalmasının yolverilməzliyi xüsusi qeyd olunub. Qətnamədə bildirilib ki, qadınlar gənclərin hərbi peşə və vərdişlərə daha çox meylli olması, hərbi və fiziki hazırlığa üstünlük verməsi, düşmənə qarşı döyüşə mənəvi və fiziki cəhətdən hazır olması üçün öz təsir imkanlarından istifadə etməli, işğalçı Ermənistana qarşı müharibəyə başlayanda “Hər ailədən bir döyüşçü” prinsipi rəhbər tutulmalı, ölkənin bütün siyasi qüvvələri Qarabağ məsələsində vahid mövqedən çıxış etməli, heç bir siyasi qüvvə müharibə başlayacağı təqdirdə pozuculuq fəaliyyəti ilə məşğul olmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR