Bank Of Baku

AMİP Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

AMİP Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək
# 04 noyabr 2011 15:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verir. AMİP mətbuat və təbliğat katibi Əli Orucov APA-ya deyib ki, paytaxt meriyası ölkə qanunvericiliyinə ziddi gedərək partiyanın qanunauyğun tələblərini cavablandırmayıb: “Partiya iki dəfə - sentyabrın 14-də Urmiya gölünün quruması ilə bağlı İran səfirliyinin binası qarşısında aksiyaya keçirmək və oktyabrın 4-də AMİP Mərkəzi Şurasının toplantısı üçün yer verilməsi məqsədilə Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıb. Lakin bu günə qədər heç bir müraciətə cavab verilməyib”.

Ə. Orucov qeyd edib ki, partiya hər iki fakt görə, paytaxt meriyası ilə bağlı məhkəməyə şikayət edəcək: “AMİP qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tələb edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR