Bank Of Baku

“Seçkilər” İnformasiya Mərkəzinin saytında seçkilər keçiriləcək bələdiyyələr üzrə məntəqələr və seçicilərin siyahısı yerləşdirilib

“Seçkilər” İnformasiya Mərkəzinin saytında seçkilər keçiriləcək bələdiyyələr üzrə məntəqələr və seçicilərin siyahısı yerləşdirilib
# 05 noyabr 2011 08:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin (İM) saytında seçkilər keçiriləcək bələdiyyələr üzrə məntəqələr və seçicilərin siyahısı yerləşdirilib.

Bu barədə APA-ya “Seçkilər” İnformasiya Mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, əslində seçicilərin siyahısı daim “Seçicilər” İM-in saytında olur: “Lakin bələdiyyələrin bir qisminə seçkilər keçirildiyindən, biz məhz seçki keçirilən bələdiyyələr üzrə seçki məntəqələrinin və seçicilərin siyahısını saytda yerləşdirdik ki, səs vermək istəyən vətəndaşların rahatlığı daha da təmin olunsun”.

Noyabrın 30-da 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə seçkilər keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR