Bank Of Baku

Azərbaycanda bələdiyyələrə seçkilərlə əlaqədar bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayıb

Azərbaycanda bələdiyyələrə seçkilərlə əlaqədar bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayıb
# 07 noyabr 2011 06:00 (UTC +04:00)
APA-nın məlumatına görə, seçki qanunvericiliyinə uyğun olaraq qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları təşviqat apara bilərlər. Lakin bu seçkilərdə ölkədə siyasi partiya və ya blok qeydə alınmadığından, yalnız qeydə alınmış namizədlər təşviqat aparacaq.

Bu gün saat 08.00-da başlamış təşviqat kampaniyası 21 gün davam edəcək və səsvermənin başlanmasına 24 saat qalmış, yəni noyabrın 29-da saat 8.00-da başa çatacaq.

Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 1567 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfər namizədliyini geri götürüb, bununla da seçkilərə qatılacaq namizədlərin sayı 1561 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR