Bank Of Baku

“Beşlər” arasında yeni təklif əsasında müzakirələr başlayıb

“Beşlər” arasında yeni təklif əsasında müzakirələr başlayıb
# 07 noyabr 2011 09:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə aparılan məsləhətləşmələrdə daha konkret istiqamətlər üzrə fəaliyyət göstərəcək birliyin yaradılması ilə bağlı cəhdlərin edilməsinə dair yeni təklif irəli sürülüb. Artıq məsləhətləşmələr bu istiqamətdə davam edir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, müzakirələrə fasilə verilməyib, yeni təkliflər istiqamətində fəaliyyət davam etdirilir: “Əlavə təklifə görə, vahid namizədin müəyyən edilməsi və bu namizədlə seçkilərə qoşulmaq məsələsinin mümkünlüyü araşdırılmalı, bu istiqamətdə müəyyən addımlar atılmalıdır”.

S. Cəlaloğlu qeyd edib ki, partiya liderləri arasında qarşıya çıxan fikir ayrılığı təbii qəbul olunmalıdır: “Müzakirələrə qoşulanlar müxtəlif siyasi qüvvələr və düşüncəli insanlardır. Təbii ki, burada fikir müxtəlifliyi nəzərə alınmalıdır. Çalışırıq ki, mümkün imkanlar daxilində nəticə əldə edək”.

ADP sədri məsləhətləşmələrə əlavə partiyaların cəlb edilməsi və formatın genişləndirilməsi məsələsinin artıq gündəmdə olmadığını da deyib.

Qeyd edək ki, Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə hazırda Vətəndaş və İnkişaf, Liberal, Klassik Xalq Cəbhəsi, Demokrat və Ümid partiyalarının sədrləri arasında danışıqlar gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR