Bank Of Baku

Bayram Səfərov: “Ermənilərin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarından yayınmaları təbii qəbul olunmalıdır”

Bayram Səfərov: “Ermənilərin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarından yayınmaları təbii qəbul olunmalıdır”
# 10 noyabr 2011 08:40 (UTC +04:00)
Əslində onların yayınması təbii qəbul olunmalıdır. Biz əvvəllər də demişik, indi də bəyan edirik ki, Ermənistan rəhbərliyi Azərbaycanın günahsız vətəndaşlarının, bizim bacı-qardaşlarımızın qatilidir. Onlar törətdikləri əməllərindən qorxduqlarına görə, münaqişənin həllindən yayınırlar. Bu səbəbdən də sülh danışıqlarını uzadırlar”.

APA-nın xəbərinə görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B. Səfərov bildirib ki, Dağlıq Qarabağda əvvəldən yaşayan ermənilər Azərbaycan vətəndaşı olduqlarını unutmamalıdırlar: “Ağılları varsa, özlərinin və övladlarının gələcəyini düşünürlərsə, Azərbaycan Konstitusiyasından irəli gələn müddəalara riayət edib, yaşasınlar, Azərbaycan xalqının yüksək səviyyəli həyat tərzindən bəhrələnsinlər. Onlar Azərbaycan iqtisadiyyatının, sosial həyatının inkişafını nəzərə alsınlar. Azərbaycanın iqtisadiyyatının imkanlarını onlar da bölüşsünlər. Əgər bunu istəmirlərsə, Həkəri çayından keçib, getsinlər o biri tərəfə, biz də öz yurdumuza qayıdaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR