Bank Of Baku

Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsinə başlanıb

Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsinə başlanıb
# 10 noyabr 2011 09:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsi müddəti başa çatıb. APA-nın məlumatına görə, bu gündən səsvermə protokolları DSK-lardan məntəqə seçki komissiyalarına göndəriləcək. Proses noyabrın 26-dək yekunlaşacaq.

Qeydə alınmış namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti başlayıb. Seçki qanunvericiliyinə əsasən namizədlər ikinci ilkin maliyyə hesabatını noyabrın 20-dək dairə seçki komissiyalarına təqdim etməlidir.

Xatırladaq ki, seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR