Bank Of Baku

Etibar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Londona gedib

Etibar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Londona gedib
# 10 noyabr 2011 13:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov, partiyanın sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə Beynəlxalq Demokrat İttifaqının (BDİ) noyabrın 10-11-də Böyük Britaniyada keçirəcəyi Liderlərin Zirvə Toplantısında iştirak etmək üçün Londona səfər ediblər. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda quruma üzv olan partiya liderləri “Qlobal maliyyə riskləri”, “Ərəb inqilabları”, “Böhranlar dövründə ictimai islahatlar” və “XXI əsrdə azadlıq və demokratiyanın gücləndirilməsi” kimi problemlərlə bağlı müzakirələr aparacaqlar. Toplantıda AMİP liderinin təşəbbüsü ilə BDİ-nin Xarici Əlaqələr Daimi Komitəsində Dağlıq Qarabağ və Güney Azərbaycan məsələsinə də diqqət yetiriləcək. E. Məmmədovun toplantıda çıxışı gözlənilir.

Xatırladaq ki, AMİP 1997- ci ildən dünyanın 70-ə yaxın ölkəsinin 80-dən çox sağ-mərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvü, Etibar Məmmədov isə bu qurumun 2005-ci ildən sədr müavinidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR