Bank Of Baku

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə “exit-poll” keçirilməyəcək

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə “exit-poll” keçirilməyəcək
# 10 noyabr 2011 14:56 (UTC +04:00)
Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, “Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiyadan keçmək üçün sənədlərini MSK-ya noyabrın 10-dək təqdim etməli idi. Bu gün müraciət etmək üçün qoyulan vaxt bitdiyindən və indiyədək müraciət daxil olmadığından noyabrın 30-na təyin olunmuş bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə “exit-poll” keçirilməyəcəyi dəqiqləşib.

Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR