Bank Of Baku

Mərkəzi Seçki Komissiyası təlimlərə başlayıb

Mərkəzi Seçki Komissiyası təlimlərə başlayıb
# 11 noyabr 2011 09:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyası (MSK) bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərə hazırlıqla bağlı təlimçilər üçün təlimlərə başlayıb. APA-nın məlumatına görə, MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, MSK tərəfindən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi artıq bir ənənə halını alıb: “Budəfəki təlimlər də əvvəlki maarifləndirici tədbirlər kimi çox əhəmiyyətlidir və məntəqə seçki komissiyalarının üzvlərinə təlim keçəcək şəxslərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin qanunauyğun fəaliyyət göstərməsində, normal səsvermə mühitinin yaradılmasında, vətəndaşların seçki hüquqlarının reallaşdırılmasında sizin keçirəcəyiniz təlimlərin çox böyük rolu var. Məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının səviyyəsi təlimçilərin peşəkarlığından asılı olacaq”.

MSK katibliyinin müdiri Rövzət Qasımov da çıxış edərək bildirib ki, təlimlər Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə proqramının tərkib hissəsidir. O, təlimlərin əhəmiyyətindən danışaraq deyib ki, komissiya üzvlərinin praktik hazırlığı onların nəzəri biliklərə malik olmaları qədər əhəmiyyətlidir.

Sonra MSK-nın təlimçiləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçiblər.

Təlimlər iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR