Bank Of Baku

“Namizədlər üçün yaddaş kitabçası” dərc olunub - FOTO

“Namizədlər üçün yaddaş kitabçası” dərc olunub - <font color=red>FOTO</font>
# 12 noyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyası (MSK) bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Namizədlər üçün yaddaş kitabçası” hazırlayaraq çap etdirib. MSK-nın mətbuat xidmətindən APA-ya veilən məlumata görə, nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvlüyünə iddialı vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılmasına yardımçı olmaqdır.

Yaddaş kitabçasında bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədliyin qeydə alınması qaydaları əks olunmuş, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilib. Kitabçada namizədlərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR