Bank Of Baku

Azərbaycanda bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış 2 nəfər vəfat edib

Azərbaycanda bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış 2 nəfər vəfat edib
# 12 noyabr 2011 10:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərdən 2 nəfər dünyasını dəyişib. APA-nın əldə etdiyi məlumata görə, bələdiyyə üzvlüyünə daha 10 şəxs namizədliyini geri götürüb. Bununla da qeydiyyatda qalan bələdiyyə üzvlüyünə namizədlərin sayı 1567-dən 1565-ə enib.

Bələdiyyə seçkiləri 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR