AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycandan olan üzvləri Kristof Ştrasserlə bağlı Komitədə təmsil olunan həmkarlarına müraciət ediblər
Cənab Ştrasser müsahibədə 5 oktyabr 2011-ci il tarixdə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin siyasi məhbuslar üzrə məruzənin adının dəyişdirilməsi ilə bağlı Komitənin böyük əksəriyyətinin lehinə və iki səs əleyhinə olmaqla qəbul edilmiş qərarı ilə razılaşmadığını bildirib və bu qərarın onun iştirakı olmadan qəbul edildiyini deyib. O öz mövqeyini belə izah edib: “Öz mövqeyimi ifadə edim ki, mən bu kompromislə razı deyiləm. Bu, elə də xoşagələn nəticə deyil. Bu kompromis mənim iştirakım olmadan qəbul edilib. Ona görə də etirazımı bildirirəm, razı olmadığımı qeyd edirəm”. Cənab Ştrasser deyib ki, “AŞPA-da gedən proseslərlə razı deyiləm”. O, AŞPA deputatlarını qruplaşmalar yaratmaqda günahlandıraraq, deyir ki, “hazırda bu məsələlərlə bağlı müəyyən qruplaşmalar yaratmağa cəhd göstərilir ki, bu da xoşagələn deyil”.
Cənab Ştrasser bununla yanaşı, bildirib ki, məruzədən Azərbaycanın adı çıxarılsa da, söhbət yenə də Azərbaycandakı siyasi məhbuslardan gedəcək. Məruzəçi indiyədək Azərbaycana səfər edə bilməməsinə baxmayaraq, onun siyahısında ölkəmizdə 100 nəfər siyasi məhbusun olduğunu bildirib. Məruzəçinin Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin qəbul etdiyi qərara özünəməxsus belə bir interpretasiya verməsi və heç bir araşdırma aparmadan ölkədə konkret miqdarda siyasi məhbusun olmasını iddia etməsi, onun məsələyə əvvəlcədən qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirməsini bir daha təsdiq edir. Cənab Ştrasser öz müsahibəsində Azərbaycan hakimiyyətini təhdid edərək bildirib ki, “hazırlanan məruzə isə Azərbaycan tərəfi üçün elə də müsbət olmayacaq”. Göründüyü kimi, biz bu gün açıq-aşkar olaraq məruzəçi cənab Ştrasserin hamımızın ondan gözlədiyi kimi, neytral arbitr olmaq və neytral faktaraşdırıcı missiya qurmaq niyyətində olmaması faktı ilə üzləşmişik.
Bu azmış kimi, cənab Ştrasser müsahibədə Azərbaycan hakimiyyətinin və ona yaxın qüvvələrin Qərbi Avropada lobbi işini həyata keçirməsinin onun işini çətinləşdirdiyini bildirib. O, eyni zamanda Almaniya Bundestaqının daxili paylama sistemindən deputatlar tərəfindən hazırlanan qətnamə mətninin oğurlandığını iddia edib. Qeyd edilməlidir ki, cənab Ştrasser Bundestaq deputatlarını oğurluqla məşğul olmaqda ciddi ittiham etməsi ilə yanaşı, həm də yalan danışır. Belə ki, 24 mart 2011-ci ildə cənab Ştrasser Almaniya Bundestaqının bütün sosialist deputatlarına siyasi məhbus məsələsi ilə bağlı Azərbaycana qarşı petisiyanı dəstəkləyərək, imzalamaq üçün müraciət etmişdi. O, məktubunda verdiyi izaha əsasən, bu petisiyanı özü imzalamamışdı: “Mən AŞPA-nın həmməruzəçisi olmağıma baxmayaraq, neytrallıq səbəbindən bu təklifi imzalaya bilmərəm”. Belə ki, cənab Ştrasser çox yaxşı bilir ki, o, qaydaları və bitərəf AŞPA məruzəçisinin normalarını pozur. Odur ki, qeyd edilən sənəd, cənab Ştrasserin “Azadlıq” qəzetinə verdiyi müsahibəsində dediyinin əksinə olaraq, Bundestaqın deputatları tərəfindən hazırlanan qətnamə olmayıb və həmin sənədin yuxarısında yazıldığı kimi, bu siyasi təşəbbüsü digər deputatlar deyil, məhz cənab Ştrasserin özü irəli sürüb. Bununla o, neytrallığı bilərək pozub.
“Azadlıq” qəzetinin 28-29 oktyabr tarixli saylarında deyilir ki, “Avropalı deputat (Ştrasser) Azərbaycan hökumətinin oyunlarını ifşa edib”. Belə ki, qəzetin həmin saylarında nəşr edilmiş müsahibədə cənab Ştrasser Avropanın müxtəlif ölkələrindən, o cümlədən Almaniyanın Berlin şəhərindən olan keçmiş deputatları açıq-aşkar mütəşəkkil cinayət əməllərinin təzahür formalarından biri olan korrupsiyada günahlandırır. O iddia edir ki, “Azərbaycana lobbiçilik edənlər AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinə rüşvət vermək üçün çoxlu səylər göstərirlər”. O, daha sonra yalnız öz adından danışa biləcəyini anladığına görə, müsahibədə etiraf edir ki, “özümlə bağlı deyə bilərəm ki, Azərbaycan tərəfi heç vaxt mənə rüşvət təklif etməyib”.
Aydındır ki, hər hansı sübut və ya hətta sübut əlaməti olmadan verilmiş bu cür qalmaqallı açıq bəyanat Azərbaycan hakimiyyətinə qarşı böhtanla dolu ittiham olmaqla yanaşı, ümumilikdə AŞPA və Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin obyektivliyini şübhə altına alır. Cənab Ştrasserin bu iddiaları belə bir təsəvvür yaradır ki, Azərbaycanın mövqeyini obyektiv qiymətləndirən hər kəs, o cümlədən Komitə üzvləri guya Azərbaycan tərəfindən rüşvət alıblar. Odur ki, cənab Ştrasserin ittihamlarının heç bir əsasının olmadığını və onların tamamilə qəbuledilməz olduğunu qeyd edərək, belə ittihamların Azərbaycanın beynəlxalq imicinə qarşı yönəlmiş qərəzli və düşünülmüş bir addım olduğunu, eyni zamanda bu saxta ittihamların ölkə rəhbərliyinin şərəf və işgüzar maraqlarına zərbə vurmaq niyyəti ilə irəli sürüldüyünü bildiririk.
Müsahibəsinin sonunda ictimai fikrə daha aydın olması üçün cənab Ştrasser, bir daha Azərbaycan hakimiyyətinə xəbərdarlıq edərək və Azərbaycanı təhdid edərək, bildirir ki, “hazırlanan məruzə Azərbaycanın xeyrinə olmayacaq”. Ümumiyyətlə, müsahibədə cənab Ştrasserin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini sübut edən faktlar və onun ölkəmizə qarşı irəli sürdüyü əsassız ittihamlar daha geniş əhatəyə malikdir.
Obyektivlik naminə bildirməliyik ki, cənab Ştrasserin saytında onun “Azadlıq” qəzetinə heç vaxt müsahibə vermədiyi bildirilib. Göstərilib ki, cənab Ştrasser Berlində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş konfransda iştirak edib və həmin konfransda AŞPA-nın siyasi məhbuslar üzrə ona verdiyi mandatla bağlı çıxış edib. Çıxışın “Azadlıq” qəzetində təqdim edilməsi stilindən Kristof Ştrasserin kənarda dayandığı və çıxışın onun icazəsi olmadan müsahibə şəklində çap edildiyi bildirilib.
Yaranmış vəziyyətlə bağlı bildiririk ki, Azərbaycana qarşı irəli sürülən əsassız və qərəzli ittihamlardan sonra, ölkəyə səfər etmədən və hər hansı bir ciddi faktaraşdırıcı missiya olmadan, nəhayət, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində hər hansı müzakirə aparılmadan rəsmi şəkildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurası adından öz şəxsi antiazərbaycan mövqeyini ortaya qoyan cənab Ştrasserin məruzəçi qismində bitərəf arbitr kimi obyektiv mövqe nümayiş etdirəcəyinə inanmırıq və onunla əməkdaşlığın mümkün olmayacağını bildiririk. Hesab edirik ki, belə bir məzmunda müsahibənin nəşrindən sonra cənab Ştrasserin məruzəçi mandatından istefa verməsi daha düzgün olardı.
Digər tərəfdən, cənab Ştrasserin “Azadlıq” qəzetinə heç vaxt müsahibə vermədiyini bildirdiyini nəzərə alaraq, AŞPA Hüquq məsələləri və İnsan Hüquqları Komitəsinin məruzəçisinin belə formada təkzib verməsinin kifayət olmadığını bildiririk. Hesab edirik ki, cənab Ştrasser hüquqi müstəvidə məsələyə aydınlıq gətirmək məqsədilə müvafiq məhkəmədə “Azadlıq” qəzetinə qarşı iddia qaldırmalı, məhkəmədə bu qəzetə heç bir müsahibə vermədiyini, çap edilmiş müsahibədə irəli sürülən əsassız və qeyri-obyektiv iddiaların müəllifi olmadığını sübuta yetirməlidir”.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
KİV: ABŞ-ın hava hücumları nəticəsində azı 13 İran şəhəri vurulub
Venesuelada zəlzələ qurbanlarının sayı 4490-a çatıb
İranın bir neçə şəhərində partlayışlar baş verib
ABŞ İrana yeni zərbələr endirməyə başlayıb
25 ölkənin lideri Parisdə Ukraynaya dəstəyi müzakirə edəcək
Bakıda hündürmərtəbəli binanın zirzəmisində yanğın olub - YENİLƏNİB
AQTA Gəncədə 8 nəfərin yas mərasimində zəhərlənməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB 2
Füzulidə açıq ərazilərdə yanğın baş verib
Fransa Livanda beynəlxalq qüvvələrin yerləşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb
İsrail Qəzzada HAMAS-ın hərbi obyektini vurub
Xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar
Kəlbəcərdə yeniyetmə çaya düşüb
İsraildə növbəti parlament seçkilərinin tarixi açıqlanıb
İrana raket hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
FHN Abşeron ərazisində baş vermiş yanğının söndürülməsi ilə bağlı işlər görür
İran ordusu ABŞ-ın Küveytdəki bazasına zərbə endirib
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İranın Qeşm adasına 10-11 raket atılıb
İranın bəzi bölgələrində partlayış səsləri eşidilib
İnfantino: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 ola bilər
ABŞ-ın BMT-dəki nümayəndəsi: İranla atəşkəs faktiki olaraq pozulub
SEPAH ABŞ-ın qanadlı raketini vurduğunu açıqlayıb
İran Körfəz ölkələrinə hücumlarını genişləndirir, Hörmüz boğazı bağlanıb
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - FOTOLENT - YENİLƏNİB
Türkiyənin Muğla və Diyarbəkir bölgələrində meşə yanğınları başlayıb
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib - FOTOLENT
FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb
KİV: Rusiya qoşunları Ukraynanın Qrişino şəhərinə tam nəzarət edir
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Yəmən İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib
Ukrayna MN müşaviri: Rusiya danışıqlardan əvvəl cəbhədən bütün obyektləri vurmağa çalışacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ