Bank Of Baku

BAXCP: Havaların qəfil soyuması nəticəsində mənzillərin istilik və təbii qazla təmin olunmasında yaranan problemlər bu sahədə islahatların aparılması zəruri edir

BAXCP: Havaların qəfil soyuması nəticəsində mənzillərin istilik və təbii qazla təmin olunmasında yaranan problemlər bu sahədə islahatların aparılması zəruri edir
# 14 noyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirəyə çıxarılan əsas məsələ vətəndaşların qarşılaşdığı sosial, hüquqi və məişət problemləri olub.

Partiya Azərbaycan hökumətini mənzil tikintisi və satışı, mənzillərin dövlət ehtiyacları üçün alınması, onların istiliklə və təbii qazla təminatı sahəsində çox qısa müddətdə tədbirlər görməyə çağırıb. İdarə Heyətinin qənaətinə əsasən mənzillərin dövlət ehtiyacları üçün alınması prosesində mənzillərin yerləşdiyi ərazi və mərtəbələr, eləcə də vətəndaşlar tərəfindən mənzillərin təmirinə və interyerinə xərclənən vəsaitlər nəzərə alınmadan bütün mənzil sahiblərinə eyni qaydada - 1 kvadrat metrə görə 1500 manat vəsait verilməsi heç bir halda ədalətli sayıla bilməz və bu sahədə yaranmış problemlər mövcud bazar qiymətlərinə uyğun şəkildə qiymətləndirilmə yolu ilə aradan qaldırılmalıdır.

BAXCP mənzillərin istilik və təbii qazla təmin olunması zamanı iqlim və temperatur dəyişiklikləri nəzərə alınmadan bu prosesin öncədən nəzərdə tutulmuş konkret zaman kəsiyində həyata keçirilməsini də doğru hesab etmir: "Havaların qəfil soyuması nəticəsində mənzillərin istilik və təbii qazla təmin olunmasında yaranan problemlər bu sahədə islahatların aparılması zəruri edir". BAXCP hesab edir ki, bu sahələr üzrə vətəndaşlarla imzalanan müqavilələrdə qış vaxtına keçid deyil, iqlim və temperatur dəyişiklikləri əsas götürülməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR