Bank Of Baku

Bələdiyyə seçkiləri ilə əlaqədar 1645 müşahidəçi qeydiyyatdan keçib

Bələdiyyə seçkiləri ilə əlaqədar 1645 müşahidəçi qeydiyyatdan keçib
# 14 noyabr 2011 13:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) 34 müşahidəçi qeydiyyatdan keçib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, MSK-da qeydiyyatdan keçmiş müşahidəçilər seçki günü ölkənin bələdiyyə seçkiləri keçirən bütün ərazilərində prosesi izləyə bilərlər. Namizədlərin 30 nəfəri öz təşəbbüsü ilə qeydiyyata alınıb. Digər 4 nəfəri isə “Demokratiyanı öyrənmə” İctimai Birliyinin nümayəndəsidir.

Seçki dairələrində isə 1611 nəfər müşahidəçi qeydiyyatdan keçib. İndiyədək qeydə alınan müşahidəçilərin ümumi sayı 1645 nəfərdir.

Qeyd edək ki, noyabrın 30-na təyin olunmuş seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR