Bank Of Baku

ADP ermənilərin Kəlbəcərdən Ermənistana yol çəkməyə başlamasından narahatdır

ADP ermənilərin Kəlbəcərdən Ermənistana yol çəkməyə başlamasından narahatdır
# 14 noyabr 2011 14:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə edilib.

Toplantıda ermənilərin işğal altında saxladıqları Kəlbəcər rayonunu Ermənistanla birləşdirən yolu çəkməyə başlaması, ölkə və dünya mətbuatında İrana qarşı hərbi əməliyyatların keçiriləcəyi ilə bağlı məlumatlar, İtaliya və Yunanıstanda hökumət başçılarının istefaya getmələri və digər məsələləri müzakirə olunub.

İdarə Heyəti NATO baş katibinin Gürcüstana səfəri zamanı işğal altında olan Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstan dövlətinin ərazisi kimi tanıdığını və bu ərazilərin Gürcüstan dövlətinin ərazisi kimi qalacağı barədə verdiyi bəyanatı təqdir edərək, eyni zamanda NATO tərəfindən bu mövqeyin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarla bağlı da ifadə edilməsinin arzu olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR