Bank Of Baku

Azərbaycan İslam Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı bəlli olub

Azərbaycan İslam Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı bəlli olub
# 15 noyabr 2011 08:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı bəlli olub.

Partiyanın sədr müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, iddiaya 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası noyabrın 21-də keçiriləcək.

İddiaya əsasən, paytaxt meriyası təşkilatın sərbəst toplaşmaq hüququnu bərpa etməli və dəyən mənəvi ziyana görə 5 min manat cərimə ödəməlidir.

Qeyd edək ki, BŞİH Azərbaycan İslam Partiyasına (AİP) oktyabrın 22-də paytaxtın “Ulduz” metrostansiyası və “Təbriz” kinoteatrı qarşısında mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə mənfi cavab verib və kütləvi aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR