Bank Of Baku

Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
# 15 noyabr 2011 10:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya qanunu layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb. APA-nın xəbərinə görə, qanun layihəsi müzakirə olunmadan qəbul edilib.

Muxtar Respublikanın Konstitusiyasına təklif olunan əlavəyə əsasən Naxçıvan Ali Məhkəməsinin hakimlərini Ali Məclisin sədrinin Azərbaycan prezidentinə verilmiş təklifi və Azərbaycan prezidentinin təqdimatı ilə Azərbaycan Milli Məclisi təyin edir. Başqa bir dəyişikliyə əsasən Naxçıvan MR ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələri sayılır. Muxtar Respublikanın ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Muxtar Respublika Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan prezidenti təyin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR