SAM-ın yaranmasından 4 il ötüb
Bu illər ərzində SAM tərəfindən 32 elmi tədqiqat işi həyata keçirilib, 14 beynəlxalq konfrans, 100-ə yaxın dəyirmi masa təşkil edilib. Mərkəzin ekspertləri xaricdə keçirilmiş 100-ə yaxın beynəlxalq tədbirə qatılıblar.
Elmi tədqiqatlar sırasında Azərbaycanın daxili və xarici siyasəti - Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın enerji strategiyası, ölkənin siyasi-iqtisadi inkişafı, milli təhlükəsizlik məsələləri əsas yer tutub.
Strateji Araşdırmalar Mərkəzi elmi-analitik tədqiqat fəaliyyətini rus, Azərbaycan və ingilis dillərində daimi dərc olunan məcmuələr, dərgilər, məqalələr formasında ictimaiyyətin diqqətinə çatdırır. Belə ki, “Azerbaijan Focus”, “Strateji təhlil”, “Analitik Baxış”, “SAM-ın İcmalı”, “SAM-ın Şərhləri”, “Caucasus İnternational” kimi məcmuələrdə mərkəzin ekspertləri ilə yanaşı, yerli və xarici tədqiqatçıların elmi işləri, siyasi təhlilləri və proqnozları yer alır.
SAM-ın təşəbbüsü və dəstəyi ilə ölkədə və xaricdə 10-a yaxın kitab işıq üzü görüb, 5-i isə nəşrə hazırlanır. “Azərbaycanda siyasi partiyalar”, “Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji”, “Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış”, “Millətlərin ağır sınaqları: Qafqazın Geosiyasəti”, “Rusiya-Azərbaycan münasibətləri 20 il ərzində: tarix və perspektivlər” və digər nəşrlər buraya daxildir.
Qeyd olunan dövrdə SAM tərəfindən beynəlxalq və ölkə miqyasında tədbirlər keçirilib. Onların sırasında “Cənubi Qafqazda təhlükəsizliyə maneələr”, “Azərbaycan və Şərq tərəfdaşlığı”, “Kiber və milli təhlükəsizlik”, “İqlim dəyişikliyi və Geniş Qara dəniz regionunda bərpa olunan enerji mənbələri” kimi mühüm tədbirlər dünya ekspertləri tərəfindən maraqla qarşılanıb.
2012-ci ilin martında Bakıda SAM-ın Türk-Asiya Strateji Araşdırmalar Mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində keçiriləcək “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin 3-cü forumu” da qlobal və regional siyasi proseslərin ictimai müzakirəsi üçün mühüm tədbirlər sırasına daxil olacaq.
Dünyanın bir sıra tanınmış siyasətçiləri və ekspertləri - ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar, ABŞ-ın "Stratfor" analitik korporasiyasının prezidenti Corc Fridman, “The Kohen Group” təşkilatının vitse-prezidenti Mark Qrosman, “Heritage Foundation”ın aparıcı eksperti Ariel Koen, Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol, “Rusiya Qlobal Siyasətdə” jurnalının baş redaktoru F. Lukyanov və digərləri SAM-ın dəvəti ilə Azərbaycana gələrək mərkəzin təşkil etdiyi tədbirlərdə əsas məruzəçi qismində iştirak ediblər, ölkənin hökumət qurumlarının rəhbərləri və ekspertləri ilə görüşlər keçiriblər.
Beynəlxalq əlaqələrə gəlincə, təkcə bu il ərzində Türkiyə, Rusiya və İtaliyanın qabaqcıl beyin mərkəzləri ilə əməkdaşlığa dair memorandum imzalanıb, gələcəkdə də Argentina, Yunanıstan, və Polşanın bir sıra siyasi elmi institutları ilə əməkdaşlığın rəsmiləşdirilməsi nəzərdə tutulub.
Bundan başqa, SAM-ın həyata keçirdiyi “Qonaq Elmi İşçilərinin Mübadiləsi Proqramı” çərçivəsində bugünədək Kolumbiya, Sorbon, Helsinki universitetləri, “Stratfor”, Rusiya Strateji Araşdırmalar İnstitutu, Moskva Karnegi Mərkəzi və s. elmi tədqiqat institutlarının siyasi tədqiqatçılarına Azərbaycanda araşdırmalar aparmaq imkanı yaradılıb. SAM-da çalışan azərbaycanlı ekspertlər də mütəmadi olaraq həmin beyin mərkəzlərində qonaq olaraq tədqiqatlar aparırlar.
Hazırda mərkəz müasir dünyanın aktual və mühüm problemlərini araşdıraraq təhlil sahəsini genişləndirməyi planlaşdırır. Gələcək fəaliyyətin prioritet istiqaməti isə Ermənistanla informasiya müharibəsində “hücum” mövqeyi tutmaq, Azərbaycanın əldə etdiyi uğurlar barədə dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqdır.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib