Bank Of Baku

“Azərbaycan Respublikası: uğurlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Azərbaycan Respublikası: uğurlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
# 16 noyabr 2011 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Azərbaycan Milli Emlər Akademiyasının (AMEA) Tarix İnstitutunun və Azərbaycan Tarix Qurumunun təşkilatılığı ilə “Azərbaycan Respublikası: uğurlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən tarix elmləri doktoru Tofiq Mustafazadə bildirib ki, Azərbaycan 5000 ildən artıq dövlətçilik tarixinə malikdir. Tarix boyu Azərbaycan ərazisində 4 böyük imperiya, 1918-ci ildə isə Şərqin ilk demokratik cümhuriyyəti yaranıb. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edib.

Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov isə deyib ki, müasir dövrdə enerji siyasəti beynəlxalq münasibətlərdə həlledici amillərdən biridir: “Azərbaycan son 20 ildə öz sərvətlərindən müstəqil istifadə etməyə başlayıb. 1994-cü il sentyabrın 20-də 5 ölkədən 12 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan xalqının gələcək mənafelərini qorumağa yönəlib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR