Bank Of Baku

Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət ünvanlayıb

Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət ünvanlayıb
# 16 noyabr 2011 12:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Mərkəzi Seçki Komissiyası (MSK) 30 noyabr 2011-ci ilə təyin edilmiş bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün “Seçki günü üçün yaddaş” kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin edib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən bildirilib.

Yaddaş kitabçasının girişində MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer alıb. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.

“Seçki günü üçün yaddaş”da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Xatırladaq ki, “Seçki günü üçün yaddaş” Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR