Azərbaycan prezidenti Oğuz Rayon Məhkəməsinin yeni binasının açılışında iştirak edib
Məlumat verilib ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ilk məhkəmə binası Oğuz rayonunda inşa olunub. İkimərtəbəli binanın tikintialtı sahəsi 840, ümumi ərazisi isə 1500 kvadratmetrdir. İnşasına 2010-cu ildə başlanılmış binanın ətrafında geniş abadlıq işləri aparılıb. Bina bütün zəruri avadanlıqla təchiz edilib.
Prezidentə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində inşa olunacaq məhkəmə binalarının layihələri təqdim edilib. Bildirilib ki, 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanıb. Hazırda Yasamal, Gəncə şəhəri Nizami rayonu, Gədəbəy məhkəmələrinin binalarında son tamamlama işləri gedir. 2012-ci ildə isə Sabunçu və Şirvan məhkəmə komplekslərinin inşasına başlanılacaq. Məhkəmə kompleksi bir binada bir neçə məhkəmənin fəaliyyət göstərməsinə imkan verəcək ki, bu da şikayətlərə baxılması ilə bağlı vaxt itkisinin qarşısını alacaq.
Oğuz Rayon Məhkəməsinin yeni binası inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
İctimai zonada məhkəmə ilə əlaqədar məlumatların əldə edilməsi üçün xüsusi monitorlar quraşdırılıb. Binada biri mülki, digəri isə cinayət işləri üçün nəzərdə tutulmuş iki məhkəmə zalı var. Zallarda proseslərin audio və video yazılışlarını aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılıb, habelə müasir tipli İP təhlükəsizlik kameraları quraşdırılıb. Məhkəmə zalları şahidlərin ifadələrinin dinlənilməsinə imkan verən müasir İKT avadanlığı ilə təchiz edilib. Təqsirləndirilən şəxslər digər məhkəmələrdə olduğu kimi, zallarda dəmir barmaqlıqlar arxasında deyil, xüsusi ayrılmış şüşə otaqda saxlanılır.
BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Oğuz Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılıb.
Girişlərdə metal aşkarlayıcı elektron qurğu və turniketlər quraşdırılıb ki, bu da ilk növbədə məhkəmə proseslərində təhlükəsizliyi təmin etmək baxımından xüsusi rol oynayır. Vətəndaşlar başqa yerə getmədən binada lazım olan bank, tibb və poçt xidmətlərindən də istifadə edə bilərlər. Burada, həmçinin təlim otağı və elektron kitabxana da fəaliyyət göstərir.
Bildirilib ki, məhkəmə binasında yaradılan müasir konfrans zalı da ən son texnologiyaya əsaslanan avadanlıqla təchiz edilib. Buradakı şərait hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı verir. Binada hakimlər, məhkəmə aparatı işçiləri və icra məmurlarının ən yüksək səviyyədə fəaliyyət göstərmələri üçün geniş imkanlar var. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər üçün də xüsusi otaqlar yaradılıb.
Oğuz Rayon Məhkəməsinin yeni binası ilə tanış olan prezident İ. Əliyev görülmüş işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib