Bank Of Baku

Azərbaycan prezidenti Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
# 17 noyabr 2011 09:35 (UTC +04:00)
APA-nın məlumatına görə, mərkəzin eskiz layihələri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzi bir hektara yaxın ərazidə inşa olunacaq.

Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulur. Sahəsi 2 min kvadratmetrə qədər olacaq əsas binada bir böyük konfrans zalı, eksplikasiya salonları, sinif otaqları və mini konfrans zalı da fəaliyyət göstərəcək. Layihəyə əsasən, mərkəzin mühəndis-kommunikasiya sistemi də ən müasir standartlara cavab verəcək. Mərkəzin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Qeyd olunub ki, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini əks etdirən fotoguşə yaradılacaq. Burada xarici dil, rəsm dərnəkləri və ən müasir avadanlıqla təchiz edilən xidmət otaqları fəaliyyət göstərəcək. Mərkəzdə şagirdlər Azərbaycan ədəbiyyatını və tarixini dərindən öyrənəcəklər.

Sonra Heydər Əliyev Mərkəzinin təməli qoyulub.

Prezident İ. Əliyev metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.

Dövlət başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR