Bank Of Baku

Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin və protokolların paylanmasına noyabrın 21-dən başlanacaq

Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin və protokolların paylanmasına noyabrın 21-dən başlanacaq
# 17 noyabr 2011 14:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, bülleten və protokollar nəşri qanunvericiliyin tələblərinə uyğun olaraq tamamlanıb: “Bu həftənin axırına qədər işlər tam yekunlaşacaq və paylanması üçün göstəriş veriləcək”.

MSK sədri qeyd edib ki, sənədlərin paylanması prosesi qrafiklə uyğun həyata keçiriləcək: “Bülleten və protokolların paylanmasına noyabrın 21-dən başlanacaq və noyabrın 22-də, 23-də də davam etdiriləcək. Gözlənilməz hadisə baş verərsə, noyabrın 24-də prosesi davam etdirmək olar”.

Qeyd edək ki, noyabrın 30-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR