Bank Of Baku

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 17 noyabr 2011 14:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, qurum rəhbəri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda toplantının gündəliyi müəyyənləşib və MSK-nın 25 oktyabr 2011-ci il tarixli iclasının protokolları təsdiqlənib.

İclasda komissiyanın reqlamenti haqqında və məntəqə seçki komissiyalarının fəaliyyətində “Seçki günü üçün yaddaş”ın tətbiqinə dair izah haqqında məsələlər müzakirə olunub. Komissiyanın toplantılarının keçirilmə qaydalarını özündə ehtiva edən reqlament və “Seçki günü üçün yaddaş”ın tətbiqinə dair izah açıq səsvermə ilə qəbul olunub.

MSK katibi Arifə Muxtarova və komissiya üzvü Fuad Cavadov bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə də məlumat xarakterli çıxış edib.

Sonra cari məsələlərə baxılıb. İclasda MSK sədri Məzahir Pənahov təmsil etdiyi qurumun Azərbaycanda bələdiyyələrə keçiriləcək yeni seçkilərlə əlaqədar hazırlıq işləri barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR