Prezident İlham Əliyev: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülüb”
Dövlət başçısı xəstəxananın ən muasir standartlara cavab verdiyini vurğulayaraq deyib ki, qəbul edilmiş qərarlar vaxtında və keyfiyyətlə icra edilir və xüsusilə sosial sahədə belə gözəl obyektlərin yaradılması çox böyük və əlamətdar hadisədir.
Onun sözlərinə görə, bütövlükdə Azərbaycanda indi bütün bölgələrdə yeni xəstəxanalar açılır. “Demək olar ki, mən hər ay yeni xəstəxananın açılışında iştirak edirəm, bəzi hallarda ayda iki dəfə. Bu, onu göstərir ki, bu proses bu gün bölgədə geniş vüsət alıb. Bütün bu zonada demək olar ki, müasir xəstəxanalar tikilib, tibbi mərkəzlər yaradılıb. Şəkidə yaradılan bu mərkəz əlbəttə ki, ən müasir mərkəzdir. Bakıda bu sahədə işlər görülür, yeni xəstəxanalar tikilir, təmir edilir. Ağdaşda, Ucarda, Xaçmazda buna bənzər gözəl xəstəxana tikilib və bu yaxınlarda istifadəyə verilib. Mən təkcə son bir ayın hadisələrini yada salıram”.
Bu xəstəxananın tikintisində işləri Səhiyyə Nazirliyi Dünya Bankı ilə birlikdə gördüyünü deyən president bildirb: “Mən çox şadam ki, Dünya Bankı Azərbaycanın sosial sahəsinə də diqqət göstərir. Dünya Bankı ilə əməkdaşlığımız böyük tarixə malikdir. Azərbaycanda bir sıra infrastruktur layihələrinin icrası ilə bağlı birgə fəaliyyət göstərmişik. Bütövlükdə beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə gedən proseslərə çox müsbət qiymət verirlər”.
Dövlət başçısı deyib ki, regionların inkişafı Proqramının icrası ilə bağlı əvvəlki dövrdə başlanılan işlər bu gün artıq reallaşır və özünü büruzə verir. Regionlarda bütövlükdə işlər yaxşı gedir. O Qobustan rayonundan tutmuş Balakənə qədər gözəl müasir turizm zonası kimi özünü göstərəcəyinə dair əminliyini bildirb. “Bunu etmək üçün indi bütün infrastruktur layihələri icra edilir, yollar çəkilir. Şəki-Qax avtomobil yolu çəkilir. Yəqin ki, yaxın zamanlarda açılacaq. Bu, məsafəni daha da qısaldacaq. İnfrastruktur layihələri icra edilir, yeni binalar, qazlaşdırma, suvarma, içməli su layihəsi, o cümlədən Şəki şəhərinin içməli su problemlərinin həlli üçün layihə icra edilir. Onun birinci mərhələsi başa çatıb. Yaxın zamanlarda Şəkinin bütün su və kanalizasiya problemləri öz həllini tapmalıdır”.
Prezident deyib ki, qazlaşdırma ilə bağlı işlər daha da sürətlə gedir. O xatırladıb ki, Şəkinin inkişafı ilə bağlı xüsusi Sərəncam verilib. Bu Sərəncamın çox böyük mənası var. Təkcə ona görə yox ki, bu Sərəncam əsasında Şəkinin abadlaşmasına və tarixi binaların bərpasına beş milyon manat vəsait ayrılıb. “Əvvəlki dövrdə də vəsait ayrılmışdır, bundan sonra da ayrılacaqdır. Bu Sərəncamın əsas mahiyyəti ondan ibarətdir ki, biz öz tarixi keçmişimizə, tarixi şəhərlərimizə daha da böyük diqqətlə yanaşmalıyıq. Bu, həm gələcəyə yönəlmiş bir addımdır, gələcək fəaliyyətimiz üçün bir istiqamətdir, eyni zamanda, keçmişimizə də olan münasibətdir”.
Prezident deyib ki, Azərbaycanın tarixi şəhərlərinin abadlaşması və mədəni irsimizin qorunması üçün əlavə sərəncamlar veriləcək və digər şəhərlər də bu proqramla əhatə olunacaq.
İlham Əliyev qeyd edib ki, Şəki indi yeni inkişaf mərhələsindədir. Bütün dövrlərdə bu şəhər Azərbaycan tarixində xüsusi yerə malik olub. İndi bölgələrin inkişafı ilə bağlı konkret proqramlar icra olunur və ətraf rayonlar da sürətlə inkişaf edir. 2013-cü ilin sonuna qədər qazlaşdırma, elektrik enerjisi, içməli su, kanalizasiya, yollar - bütün bu məsələlər öz həllini yüksək səviyyədə tapacaq. İçməli su layihəsi əhalinin artımı nəzərə alınmaqla 2035-ci ilə qədər hesablanıb. Ona görə bu məsələ ilə bağlı heç bir problem olmayacaq.
Tarixi binaların bərpası və qorunması üçün vəsait ayrılıb. “Bu da Şəki üçün çox vacib istiqamətdir. Çünki burada kifayət qədər tarixi abidələr vardır. Şəkini müasir beynəlxalq turizm mərkəzinə çevirmək üçün konkret tapşırıqlar verilmişdir. Onsuz da turistlər həm ölkə daxilindən, həm xaricdən gəlirlər və gələcəklər bu tarixi, bu gözəlliyi görmək üçün. Ancaq biz daha da yaxşı şərait yaratmalıyıq. Müasir otellər, turizm kompleksləri, əyləncə yerləri, istirahət parkları, bütün bunlar da yaradılmalıdır. Bu gün vaxtı ilə tikilmiş və indi yenidən qurulmuş Olimpiya İdman Kompleksinin açılışını qeyd etmişik. Bu da bir növ turizm mərkəzidir”.
Prezident vurğulayıb ki, Şəki daha da gözəl, daha da cazibədar olmaqla yanaşı, öz tarixi simasını saxlamaladır. Dövlət başçısının sözlərinə görə, Şəkinin gələcək inkişafı ilə bağlı konkret proqramlar var. Bu proqramlar əvvəlki dövrdə də olub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülüb. Növbəti mərhələ daha da ciddi, təsirli olmalıdır. Nəticələr də daha da gözəl olmalıdır.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib