Bank Of Baku

AMİP rəhbərliyi Avropa Parlamentində görüşlər keçirəcək

AMİP rəhbərliyi Avropa Parlamentində görüşlər keçirəcək
# 18 noyabr 2011 12:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, mətbuat və təbliğat katibi Əli Orucov, beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev və Siyasi Şura üzvü Fuad Muxtarovdan ibarət nümayəndə heyəti partiyanın sədri Yusif Bağırzadənin rəhbərliyi ilə noyabrın 21-dən 24-dək dəvət əsasında Avropa Parlamentində səfərdə olacaqlar.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində AMİP rəhbərliyi Avropa Parlamentinin bir sıra yüksək rütbəli rəsmiləri, o cümlədən, Avropa Xalq Partiyası (EPP) baş katibinin müavini, parlament üzvü Kristian Kremer, Avropa Parlamentinin üzvü, “Avronest” Siyasi Komitəsinin sədri Günnar Hökmark, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü, xanım Anna İbrisagic, Avropa Parlamentinin üzvü, “Avronest” Siyasi Komitəsinin sədr müavini Jacek Saryus-Volski, Avropa Xarici Fəaliyyət Xidmətinin (The European External Action Service- EEAS) Azərbaycan üzrə məsul nümayəndəsi Denis Danelids, İsveçin Avropa Parlamentindəki nümayəndəliyinin rəhbəri, səfr Dag Hartelius və hakim “Moderat” Partiyasının Avropa Parlamentindəki nümayəndəliyinin rəhbəri, xanım Kristina Lutzla görüşlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR