Bank Of Baku

Bələdiyyələrə qeydə alınmış namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti sabah başa çatır

Bələdiyyələrə qeydə alınmış namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti sabah başa çatır
# 19 noyabr 2011 09:47 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti sabah başa çatır. APA-nın məlumatına görə, seçki qanunvericiliyinə əsasən, qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri ikinci ilkin maliyyə hesabatını noyabrın 20-dək dairə seçki komissiyalarına təqdim etməlidir.

Xatırladaq ki, seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR