Bank Of Baku

Azərbaycanın hakim partiyasının təsis olunmasının 19-cu ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycanın hakim partiyasının təsis olunmasının 19-cu ildönümü münasibətilə tədbir keçirilib
# 21 noyabr 2011 10:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Nərimanov Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 19-cu ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə YAP-ın tarixi, müasir Azərbaycanın həyatında oynadığı rol barədə məruzələr edilib. Mərasimdə qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP dövlətçilik ənənələrini inkişaf etdirərək, Azərbaycanı bölgənin güclü dövlətinə çevirib. Toplantıda YAP sədri, prezident İlham Əliyevin H. Əliyev siyasətini uğurla davam etdirdiyi də vurğulanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev, Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Adil Əliyev, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və digərləri çıxışlarında YAP-ın keçdiyi yol və ölkənin tarixində oynadığı önəmli rol haqqında danışaraq, bundan sonra da Azərbaycanın inkişafı naminə partiya sədri, prezident İlham Əliyevin siyasətini dəstəkləyəcəklərini diqqətə çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR