Bank Of Baku

BAXCP-nin Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib

BAXCP-nin Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib
# 21 noyabr 2011 11:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) III (IV) Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda BAXCP-nin III (IV) Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin və onun müavinlərinin, Təşkilat Komitəsi katibinin seçilməsi, Nizamnaməyə əsasən Qurultaya nümayəndələrin seçilməsi ilə bağlı ayrı-ayrı rayon (şəhər) təşkilatları üzrə kvotaların müəyyənləşdirilməsi, rayon (şəhər) təşkilatlarının hesabat seçki konfranslarının keçirilməsi ilə əlaqədar vaxtın təyin edilməsi və s. məsələlər müzakirə olunub.

Birinci məsələ ilə bağlı səsvermənin nəticələrinə əsasən, Qüdrət Həsənquliyev BAXCP-nin III (IV) Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Söhrab Abdullayev və Elçin Mirzəbəyli onun müavinləri, Yeganə Mehdibəyli isə Təşkilat Komitəsinin katibi vəzifələrinə seçiliblər. Daha sonra rayon (şəhər) təşkilatları üzrə Qurultaya nümayəndələrin seçilməsi ilə bağlı müvafiq kvota müəyyənləşdirilib. Təşkilat Komitəsi eyni zamanda hesabat-seçki konfranslarının keçirilməsinə başlanılması ilə bağlı da qərar qəbul edib. Qərara əsasən, hesabat-seçki konfranslarının keçirilməsinə 2012-ci il martın 1-dən başlanılacaq.

BAXCP yazıçı Rafiq Tağının ilə bağlı bəyanat da verib. Bəyanatda vurğulanır ki, Rafiq Tağıya qarşı törədilən ağır cinayət hadisəsi yazıçının İranın fars-molla rejimi ilə bağlı yazdığı məqalələrdən də qaynaqlana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR