Bank Of Baku

ADP Qəbələ RLS-in bağlanmasını istəyir

ADP Qəbələ RLS-in bağlanmasını istəyir
# 21 noyabr 2011 13:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) idarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Azərbaycanda və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti üzvləri Rusiya və Azərbaycan arasında Qəbələdə yerləşən hərbi təyinatlı RLS-in müqavilə müddətinin uzadılması barədə əldə edilən razılaşmadan narahat olduğunu bildirib və bunun istər Rusiyanın Azərbaycanda hərbi baxımdan güclənməsi və istərsə də ekoloji baxımdan yolverilməz olduğunu hakimiyyətin diqqətinə çatdırıb.

İdarə Heyəti ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyevin işlədiyi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindəki vəzifəsindən azad edilməsinə də münasibət bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR