Bank Of Baku

Üç müxalifət partiyası birlik yaratmaq qərarına gəlib

Üç müxalifət partiyası birlik yaratmaq qərarına gəlib
# 22 noyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları birlik yaradılması məqsədilə təmasları davam etdirmək qərarına gəlib. Bunu APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. VİP sədri qeyd edib ki, partiyalar Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə danışıqları davam etdirmək niyyətindədir: “Mövqelərimizdə yaxınlıq var. Bu yaxınlıq siyasi mübarizəmizin xarakteri və vasitələrinin uyğunluq təşkil etməsindən qaynaqlanır. Məhz bu məqam bizim gələcəkdə münasibətlərimizin inkişafına əsas vəsilə ola bilər”.

Ə. Əliyev bildirib ki, partiyalarda müzakirələr davam etdiriləcək: “Yəqin ki, sabah partiya liderləri arasında görüş keçiriləcək. Çünki müzakirə olunası xeyli məsələ var. Məram olduğu halda məsələləri araşdırmaq mümkündür. Bu yaxınlaşmanın yekununda daha geniş formatın yaradılması və yeni güc mərkəzinin formalaşdırılması da nəzərdə tutulur”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu xəbəri təsdiqləyib və bildirib ki, məsləhətləşmələr başlanıb, qərarın olacağına da ümid edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR