Bank Of Baku

Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsində deputatlar müxtəlif təkliflər səsləndiriblər

Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsində deputatlar müxtəlif təkliflər səsləndiriblər
# 22 noyabr 2011 15:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisdə Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində deputatlar bir sıra təkliflər səsləndiriblər. APA-nın məlumatına görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin maliyyələşdirilməsinə dair məsələ qaldırıb və büdcədən ayrılan dotasiyanın artırılmasını təklif edib.

Gövhər Baxşəliyeva elmi dərəcələrə görə alınan məvaciblərin artırılmasını vacib sayıb və xarici ölkələrin elmi kitabxanalarından qeyri-maddi irsin toplanıb gətirilməsi sahəsində işlərin gücləndirilməsini istəyib. Fəzail Ağamalı cəbhə bölgəsində xidmət edən zabitlərin məvaciblərinin artırılması və sosial şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğunu deyib.
Rüstəm Xəlilov meliorasiya tədbirlərinə diqqət ayrılmasının vacibliyini önə çəkib və bələdiyyələrə verilən subsidiyaların məbləğinin artırılmasını təklif edib.

Əli Məsimli sovet dövründə batmış əmanətlərin qaytarılması məsələsini qaldırıb.

Azay Quliyev QHT-lərə ayrılan vəsaitlərin yetərli olmadığını söyləyib. O, hələ də xarici donorlardan maliyyələşmənin davam etdiyinə diqqət çəkib.

Məlahət İbrahimqızı müdafiə imkanlarının artırılmasının vacibliyinə toxunub. O, hərbi qulluqçuların əmək haqlarının artırılması, ipoteka krediti almaları, mənzil təminatı ilə bağlı işlərin həyata keçirilməsini istəyib.

Yaqub Mahmudov çıxışında Azərbaycanın tarixi şəhərlərinin bərpasının önəmini vurğulayıb. Onun fikrincə, bu, bölgədə turizmin inkişafına təkan verəcək.

Zahid Oruc isə müdafiə xərclərinin artırılmasının vacib olduğunu bildirib: “Eyni zamanda təyinatı üzrə həmin xərclərin ən ucqar yerdə qulluq edən əsgərlərə belə çatmasına diqqət yetirilməlidir. Hələ də əsgərlərə verilən yeməyə əl uzadırlar”.

Milli Məclisdə büdcə zərfinin müzakirəsi növbəti 3 gün davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR