Bank Of Baku

Azərbaycanda 16 nəfər bələdiyyə üzvlüyünə namizədliyini geri götürüb

Azərbaycanda 16 nəfər bələdiyyə üzvlüyünə namizədliyini geri götürüb
# 24 noyabr 2011 13:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış namizədlərin sayı 18 nəfər azalıb. APA-nın əldə etdiyi məlumata görə, 16 nəfər namizədliyini geri götürüb, 2 nəfər isə vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı 1567-dən 1549-a enib.

Bələdiyyə seçkiləri 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR