Bank Of Baku

Arif Hacılının apellyasiya məhkəməsi başlayıb

Arif Hacılının apellyasiya məhkəməsi başlayıb
# 25 noyabr 2011 14:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər barmaqlıqlar arasından çıxarılaraq vəkillərin yanında əyləşmələri, prosesdə video çəkilişə icazə verilməsi, barələrində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmənin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin vəsatətlər təmin olunmayıb. Prosesin baxış iclası dekabrın 5-nə təyin olunub.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR