Bank Of Baku

Azərbaycanda bələdiyyə seçkilərini 10 minə yaxın müşahidəçi izləyəcək

Azərbaycanda bələdiyyə seçkilərini 10 minə yaxın müşahidəçi izləyəcək
# 26 noyabr 2011 09:30 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir.

Bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilər tərəfindən müraciət olmayıb.

Qeyd edək ki, noyabrın 30-na təyin olunmuş seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. Lakin 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Qeydiyyatda qalan bələdiyyə üzvlüyünə namizədlərin sayı 1549-dur.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR