Bank Of Baku

BAXCP hökuməti İranın təhdidlərinə qarşı təxirəsalınmaz addımlar atmağa çağırıb

BAXCP hökuməti İranın təhdidlərinə qarşı təxirəsalınmaz addımlar atmağa çağırıb
# 28 noyabr 2011 11:43 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan APA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi və cari məsələlər müzakirə olunub.

İdarə Heyətinin iclasında müzakirəyə çıxarılan ilk məsələ İranın «Səhər» kanalının Azərbaycan əleyhinə apardığı təbliğat və bu telekanalın efirindən ölkəmizin təhdid olunmasıyla bağlı olub. Bununla bağlı qəbul olunan açıqlamada deyilir: «İranda peyk antenalarından istifadənin qadağan olunmasına baxmayaraq, «Səhər» telekanalının yalnız peyklə və Azərbaycan türkcəsində yayımlanması bu kanalın yalnız Azərbaycan Respublikasının vətəndaşları arasında təxribat törətmək, cahil insanları terrora sövq etmək məqsədinə xidmət etdiyinə əyani sübutdur”.

Partiyanın məlumatına görə, telekanal «Eurovision» mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini islama qarşı fəaliyyət kimi qiymətləndirib və Azərbaycan hakimiyyətini sərt tənqid edib.

BAXCP bununla bağlı məsələyə rəsmi aydınlıq gətirilməsi üçün İrana nota verməyə, BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR