Bank Of Baku

Qurban Məmmədov: “Partiya liderləri müxtəlif bəhanələrlə xalqın istəyinin həyata keçirilməsi üçün birgə fəaliyyət göstərməkdən yayınırlar”

Qurban Məmmədov: “Partiya liderləri müxtəlif bəhanələrlə xalqın istəyinin həyata keçirilməsi üçün birgə fəaliyyət göstərməkdən yayınırlar”
# 28 noyabr 2011 13:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda müxalifətin birliyə mane olan səbəb müxalifətdə olan qüvvələrin yaxınlaşmaq prosesindən imtina etmələridir. Bu partiya liderləri müxtəlif bəhanələrlə xalqın istəyinin, tələbinin həyata keçirilməsi üçün birgə fəaliyyət göstərməkdən yayınırlar. Bunun da səbəbləri budur ki, bu partiyaların bəziləri müstəqil deyil və ya siyasi baxımdan səhv mövqedədirlər”. Bunu APA-ya açıqlamasında Vətəndaş Hərəkatı Forumunun koordinatoru Qurban Məmmədov deyib. Q. Məmmədov bildirib ki, Klassik Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, o cümlədən Liberal partiyalarının birgə fəaliyyət göstərməsi mümkündür və gələcəkdə həmin qurumlarla İctimai Palata arasında əməldaşlıq məsələsi də reallaşa bilər: “Demokrat və Ümid partiyaları ilə danışıqlar dayandırıldı. Milli İstiqlal Partiyası isə bildirib ki, daxili məsələlərin həlli ilə məşğul olduqlarından, toplantıya qatıla bilmirlər. Yəni AMİP-lə danışıqlar davam etdirilə bilər”. Q. Məmmədov deyib ki, müxalifətin birliyinə nail olunması üçün müstəqil ziyalıların, həmçinin partiyadaxili elektoratın təşkilat sədrlərinə təsiri artmalıdır: “Birmənalı olaraq deyim ki, birliyə mane olan sədrlərin şəxsiyyətləri və mövqeləridir. Təəssüf ki, partiyaların daxilində antidemokratik idarəçilik meylləri mövcuddur. Səbəblərdən biri də odur ki, partiyaların daxilində üzvlər öz etirazlarını bildirə bilmirlər. Nəticədə isə xalq və kütlə pərakəndə şəkildə qalmaq məcburiyyətindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR