Bank Of Baku

Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçmiş müşahidəçilərin yekun sayı açıqlanıb

Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçmiş müşahidəçilərin yekun sayı açıqlanıb
# 29 noyabr 2011 09:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Noyabrın 30-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar seçki dairələri üzrə qeydiyyatdan keçmiş müşahidəçilərin sayı 9883-ə çatıb. APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. O, MSK-da 40 nəfərin müşahidəçi kimi qeydiyyatdan keçdiyini bildirib: “Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir”.

M. Pənahov bildirib ki, seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub.

“Bələdiyyə seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864 nəfərdir”, - deyə, M. Pənahov bildirib.

Qeydiyyatdançıxma vəsiqəsi alan seçicilərin sayı isə 206 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR