Bank Of Baku

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 9 siyasi partiyanın nümayəndəsi qeydə alınıb - SİYAHI

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 9 siyasi partiyanın nümayəndəsi qeydə alınıb - <font color=red>SİYAHI</font>
# 29 noyabr 2011 09:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri isə (0,38%) natamam ali təhsillidir.

M. Pənahov bildirib ki, 30 noyabr seçkiləri ilə əlaqədar seçki məntəqələrinin sayı 1169-dur, o cümlədən 1134 məntəqə ümumi əsaslarla, 35 məntəqə isə seçkiyə 5 gün qalmış formalaşdırılıb.

Seçkidə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR