Bank Of Baku

Məzahir Pənahov: “Seçkilərdə qanun pozuntusuna yer verənlərlə bağlı ölçü götürüləcək”

Məzahir Pənahov: “Seçkilərdə qanun pozuntusuna yer verənlərlə bağlı ölçü götürüləcək”
# 29 noyabr 2011 10:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Noyabrın 30-da keçiriləcək seçkilərdə qanun pozuntusuna yer verənlərlə bağlı ölçü götürüləcək”. APA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, seçki çoxlu sayda insanı əhatə edən proses olduğundan, orada hansısa çatışmazlığın baş verməsi qaçılmazdır. Bununla yanaşı, M. Pənahov Azərbaycandakı seçkilərin başqalarına nümunə sayıla biləcək səviyyədə olduğunu söyləyib. “Seçki günü ictimaiyyətə 5 dəfə rəsmi məlumat verəcəyik”. O, ilkin nəticələrin noyabrın 30-da gecə saatlarında açıqlanacağını vurğulayıb.

Seçkiləri müşahidə etmək üçün beynəlxalq qurumlardan MSK-ya müraciət daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR