Bank Of Baku

30 noyabr seçkiləri Azərbaycan tarixinə düşəcək - EKSKLÜZİV

30 noyabr seçkiləri Azərbaycan tarixinə düşəcək - <font color=red>EKSKLÜZİV</font>
# 29 noyabr 2011 11:28 (UTC +04:00)
APA-nın məlumatına görə, seçki kampaniyası müddətində seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərdən heç kimin namizədliyi ləğv olunmayıb. Bu fakt Azərbaycanda keçirilmiş parlament və bələdiyyə seçkilərində ilk dəfə baş verib.

APA-nın sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov faktı təsdiqləyib: “Düzdür, bu seçkilərdə müraciət edən şəxslərdən 10 nəfərin namizədliyi qeydə alınmayıb. Amma qeydə alınandan sonra namizədin qeydiyyatının ləğvi halı olmayıb”.

Qeyd edək ki, noyabrın 30-na təyin olunmuş seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR