Bank Of Baku

AMİP rəhbərliyi Brüsseldə keçirdiyi görüşlər haqqında açıqlama verib

AMİP rəhbərliyi Brüsseldə keçirdiyi görüşlər haqqında açıqlama verib
# 29 noyabr 2011 12:16 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. AMİP-in qərargahında 21-24 noyabr tarixlərində Brüsseldə Avropa Parlamentinin üzvləri ilə keçirilmiş görüşlərin yekunlarına dair dəyirmi masa təşkil olunub. APA-nın məlumatına görə, görüşlərdə AMİP sədri Yusif Bağırzadə, partiyanın baş katibi Arzuxan Əlizadə, mətbuat və təbliğat katibi Əli Orucov, beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev iştirak ediblər.

AMİP sədri Y. Bağırzadə bildirib ki, Brüsselə səfər zamanı Avropa Xalq Partiyası baş katibinin müavini Kristian Kremer, Avropa Parlamentinin üzvü, “Avronest” siyasi komitəsinin sədri Qunnar Hökmark, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Anna İbrisagic, Avropa Xarici Fəaliyyət Xidmətinin Azərbaycan üzrə məsul nümayəndəsi Denis Danelids, İsveçin Avropa Parlamentindəki nümayəndəliyinin rəhbəri, səfir Daq Hartelius ilə görüşlər keçirilib. Görüşlərdə əsasən Azərbaycanda ictimai-siyasi vəziyyət, söz azadlığı, siyasi partiyalar haqqında qanun, iqtidar-müxalifət münasibətləri, İranda gedən siyasi proseslər və orada yaşayan soydaşlarımızın taleyi müzakirə mövzusu olub. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Anna İbrisagic bildirib ki, gələn ilin fevral-mart aylarında AP-də Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına dair qətnamənin qəbul olunması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR